Monday, March 9, 2009

KIV haqqinda yeni qanunumuz

KİV haqqında qanun nəhayət ki dəyişdi. Media forum bu haqda xəbər verir:

http://mediaforum.az/articles.php?lang=az&page=00&ar.ticle_id=20090306071120291

Müzakirələrdə yalnız 18 teputat iştirak edib. Bu cür önəmli məsələdə 120 təbutatın bu qədər as qismi söz deməyə ehtiyac görüb. 

 Nəticədə 104 nəfər leyhinə 5 əleyhinə 1 bitərəf olmaqla qanun qəbul olunub.

Müzakirədə iştirak edən deputatların fikirləri: 

"Nizami Cəfərov deyib ki, Təcrübə göstərir ki, reket qəzetlər və sarı mətbuat orqanlarına əsasən ali təhsili olmayanlar başçılıq edir. Redaktor və ya baş redaktor funksiyasını yerinə yetirənlərin bəzilərinin bir dənə də olsun məqaləsi çıxmır”.

 Aqil Abbas dini qəzetlərin qadağan olunmasını təklif edib. Mətbuat Şurasının səlahiyyətlərinin artırılmasını istəyən deputat qeyd edib ki, qınamaqla heç kəsi yola gətirmək mümkün deyil, ona görə də cəza tədbirləri olmalıdır”. 

YAP-ÇI deputat Aydın Mirzəzadə qanuna mətbuat orqanlarının xaricdən qrant alınmasının qadağan edən maddə salınmasını təklif edib: “Maliyyə imkanı olmadığı halda qəzet necə fəaliyyət göstərə bilər? İki ayda bir qəzet buraxıb onu qoltuğuna vurub qapı-qapı gəzənləri mətbuat işçiləri adlandırmaq olarmı? Kim ki öz qəzetini adicə kuryer vasitəsilə 2-3 orqana göndərə bilmir, onun fəaliyyətinə ehtiyac yoxdur”.

Deputat İqbal Ağazadə mətbuatın fəaliyyətinə məhdudiyyətləri tələb edən həmkarlarını ittiham edib: “Qəzet sahibkarlığın bir formasıdır. Bu sahəyə heç bir qadağa qoyula bilməz. Biri neft satır, biri pul dəyişdirir, biri də informasiya satır”. 

Deputat “reket” jurnalistlərin arxasında məmurların dayandığını söyləyib: “Elə “jurnalist” var ki, 4 dəfə həbs olunub, barəsində 50 dəfə cinayət işi qaldırılıb, axtarışdadır, amma hər dəfə də həbsdən çıxarırlar. Kim çıxarır? Əlbəttə ki, onların arxasında dayananlar...”

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə qeyd edib ki, indiyə qədər beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın üzünü ağardan “KİV haqqında” qanun bu dəyişikliklərdən sonra mürtəce sənədə çevriləcək. P.Hüseyn bəzi həmkarlarının fikirlərinin irtica xarakteri daşıdığını da deyib. 

Deputat Sabir Rüstəmxanlı bildirib ki, güzgünü sındırmaq əvəzinə, əyrini düzəltmək lazımdır: “Jurnalist korlanmış mənəviyyatdan niyə yazmamalıdır?”

MM sədri Oqtay Əsədov müxalifətçi deputatların “ictimai xadimlər tənqidə dözümlülük göstərməlidir” fikriylə razılaşıb. Bununla yanaşı, o qeyd edib ki, qanuna təklif olunan dəyişikliklər sarı mətbuatı sıradan çıxarmağa yönəlib: “Jurnalistlər öz yazılarında diqqətli olmalıdır. Hörmət qarşılıqlı olmalıdır. Ola bilər ki, bu qəzetlərin arxasında lazım olmayan adamlar dayanır”.

 Təsəvvur edək ki, jurnalistlərin xarici maaliyyəsi kəsildi. Məlum məsələdir ki, mətbuatımız özü özünü təmin edə bilmir. Xarici maaliyyəsi də kəsilsə yalnız bir qüvvədən asılı olacaq. Dövlətdən. Bu hal demokratiyanın yayılması, söz azadlığına nə qədər müsbət təsir edəcəyindən söz belə gedə bilməz.

Redaktorluqla bağlı məsələ də mənim üçün absurtdur. Guya bu rekert jurnalistlər bu qərardan sonra redaktorluğa öz əqidələrinə uyğun ali təhsilli birni gətirə bilməzlər ? deməli bu rekert jurnalistikasının aradan götürülməsi üçün həll ola bilməz. 

No comments:

Post a Comment