Tuesday, March 10, 2009

KİV - haqqında yeni qanunda mənbə məsələsi

http://www.azadliq.org/content/Article/1506727.html

KİV haqqında yeni qanunun 19 və 60-cı mmaddələr mənbələrə aiddir.

Bu maddələrdə informasiya vasitələrindən öz mənbələrini açıqlamaq tələb olunur. “Etibarlı mənbələr”, “adını açıqlamaq istəməyən mənbəmiz” kimi sözlər işlədən orqandan məxfi saxladığı organın açıqlanması tələb olunur.
 Rəşid Hacılı: “KİV haqqında qanunda mənbənin hansı hallarda açıqlanmasının tələb edildiyi aydın şəkildə əks edilməyib. Qanuna görə, yalnız məhkəmənin tələbi olarsa, mətbu orqanı mənbəni açıqlamağa borcludur. Bundan istifadə edib müxalifət qəzetlərini, heç müxalifətə yaxın olmayan bir internet saytını da bağlamaq olar. Lap hakimiyyətə yaxın olan bir məmurun da evini yıxmaq olar. Məsələ ondadır ki, bu, qanunsuzluqlar üçün böyük imkan yaradan hüquqi dolaşıqlıqdır.”

Azər Əhmədov deyir ki, Azərbaycanda korrupsiya halları baş alıb gedir. Onun fikrincə, rəsmi mənbələrə çıxmaq KİV üçün problem olduğundan korrupsiyaya aid məlumatları dəqiqləşdirmək çox çətin olur. Nəticədə də onlar adının çəkilməsini istəməyən etibarlı, mötəbər mənbələrlə işləmək məcburiyyətində qalırlar:

- Bu dəyişiklik azad sözün boğulmasını, sıxılmasını leqallaşdırmağa yönəlib.
Deputat Zahid Oruc deyir ki, bu, mətbu orqanlarında böhtanın və yalan məlumatların qarşısını almağa yönəlib:

- Bir tərəfdən mətbuatda təhqir halları güclənib, başqa tərəfdən də reket jurnalistikası istila halını alıb. Bu, belə halların qarşısını almaq üçün düşünülüb və qəbul edilib.

Geniş düşündükdə bu qərarlar ümummilikdə normal sayıla bilər. Yalnız normal cəmiyyətlər üçün. Azərbaycan reallığı göstərir ki, qanunlar yalnız hökümətdəki məmurlara və onlara yaxın insanlara sərf elədikdə işləyir. Mənim fikrimcə maddələrdə sırf hakimiyyətə xidmət etmək üçün qəbul olunan maddələrdir. 

No comments:

Post a Comment